"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
31.05.2020. Dövlət Miqrasiya Xidməti 10 il
31.05.2020. Dövlət Miqrasiya Xidməti 10 il

31 may Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümüdür

31 may 2010-cu ildə Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb.

Əminliklə deyə bilərik ki, ötən 10 ildə muxtar respublikaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti fəaliyyət göstərdiyi müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali diqqət və davamlı qayğısını hər zaman öz üzərində hiss etmiş, göstərilən yüksək etimad məsuliyyət yükünü daha da artırmışdır. Şübhəsiz ki, Dövlət Miqrasiya Xidməti bundan sonra da fəaliyyətini beynəlxalq standartlara uyğun qurmağa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, tapşırıq və tövsiyyələrini rəhbər tutaraq, işini müasir tələblərə uyğun olaraq həyata keçirməyə çalışacaqdır.