"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
29.05.2021. Naxçıvan Dövlət Xalça Muzeyi
29.05.2021. Naxçıvan Dövlət Xalça Muzeyi

Naxçıvan Dövlət Xalça Muzeyi ziyarət edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin əməkdaşları muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəssisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar.

Müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən Xidmətin kollektivi bu dəfə Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər. Muzey bələdçisi tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Ekspozisiyada məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri nümayiş etdirilir. Həmçinin mədəniyyət ocağında Naxçıvan xalçaçılıq məktəbinə aid xalçalarla yanaşı, cəhrə, yun darağı, ilmə bıçağı kimi toxuculuq alət və vasitələri, bədii tikmə və parça nümunələri, dekorativ-tətbiqi sənət əsərləri və digər maddi-mədəniyyət nümunələri də mövcuddur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində Naxçıvan xalçaçılıq sənəti bu gün də qorunur və inkişaf etdirilir. Bu cür ziyarətlər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Naxçıvan xalçaçılıq məktəbinin müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş nümunələri ilə tanışlıq Xidmət əməkdaşlarında xoş təəssüratlar yaradıb, muzey işçilərinə öz minnətdarlıqlarını bildiriblər.