"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
14.01.2020. Naxçıvanda sosial qayğı
14.01.2020. Naxçıvanda sosial qayğı

Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub

Yanvarın 14-də 1 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 3 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 11 nəfərə “NAZ-Lifan 330” markalı avtomobillər təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzil və avtomobillə təmin olunanları təbrik edərək demişdir: Bu gün Azərbaycan dövləti qarşısında xidməti vəzifələrini layiqincə yerinə yetirənlərə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda sağlamlığını itirənlərə, şəhid ailəsinə, eləcə də Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə mənzil və avtomobillər təqdim olunur. Bu insanların dövlətimiz qarşısındakı xidmətləri nümunə gücündədir. Mənzil və avtomobillərin təqdim olunması isə dövlətimizin ərazi bütövlüyünün qorunmasında həyatını və sağlamlığını itirmiş şəxslərə göstərdiyi qayğının, ölkəmizdəki dövlət-xalq birliyinin daha bir ifadəsidir.
“O ölkənin suverenliyi və ərazi bütövlüyü qorunur ki, həmin ölkədə vətənpərvər insanlar vardır. Vətənpərvər insanlar hər bir ölkənin ən qiymətli sərvətidir”, – deyən Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara ölkəmiz və xalqımız qarşısındakı xidmətlərinə, göstərdikləri vətənpərvərlik nümunəsinə görə təşəkkür etmişdir.
Ali Məclisin Sədri demişdir: Dövlətimiz və xalqımız qarşısında xidməti olan şəxslərə bundan sonra da daim qayğı göstəriləcəkdir. Ona görə ki, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bu gün mənzil və avtomobillərin təqdimatının keçirilməsi də ulu öndər Heydər Əliyev dövlətçilik yoluna nümunədir.
Ali Məclisin Sədri fərdi yaşayış evi, mənzil və avtomobillə təmin olunanları bir daha təbrik etmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək demişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, sosial qayğıya ehtiyacı olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi sahəsində də ardıcıl tədbirlər görülür. Ötən il müvafiq kateqoriyalı 17 ailəyə fərdi yaşayış evləri və mənzillər, 35 nəfərə minik avtomobilləri təqdim edilmişdir. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri avtomobillərin açarlarını, fərdi yaşayış evləri və mənzillərin orderlərini təqdim etmişdir.
Avtomobillə təmin olunan Sadıq Əlibəyli demişdir: “Muxtar respublikada vətənimizin azadlığı və ərazi bütövlüyünün qorunması zamanı, habelə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edərək sağlamlığını itirənlərə, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərilir. Sağlamlıq imkanları məhdud şəxslər, şəhid ailələri mənzillə təmin olunur, onlara minik avtomobilləri verilir, müalicələrinə köməklik göstərilir. Ailəmiz üçün də olduqca sevindirici olan bugünkü tədbir bizə göstərilən dövlət qayğısının növbəti təzahürüdür”. Sadıq Əlibəyli sağlamlıq imkanları məhdud şəxslər və onların ailə üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmiş, yubileyi münasibətilə təbriklərini çatdırmışdır.
Şəhid anası Tükəzban İsmayılova demişdir: “Dövlətimiz şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Rahat yaşayırıq. Sosial problemlərimizin həlli daim diqqətdə saxlanılır. Bu gün mənzillə təmin olunmağım da muxtar respublikada bu sahədə görülən işlərin davamı, şəhid ailələrinə göstərilən diqqətin daha bir ifadəsidir. Bütün bunlara görə ölkə Prezidentinə dərin minnətdarlıq edirəm”.
Mənzillə təmin olunan İlkin Orucov və digərləri də onlara göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Fərdi yaşayış evləri Ordubad rayonunun Darkənd və Şərur rayonunun Dəmirçi kənd­lərində, mənzillər isə Babək qəsəbəsindəki yeni yaşayış binasında yerləşir. Fərdi yaşayış evləri və mənzillər tam təmir olunmuş, lazımi kommunal-məişət şəraiti yaradılmış, xalça hədiyyə edilmişdir.