"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev - 100
Ulu Öndər
Əmək miqrasiyası kvotası

Əmək miqrasiyası kvotası - il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir.

Hər il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası kvotası təsdiq edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 sentyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət növləri üzrə əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin 2023-cü il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası 12 iqtisadi fəaliyyət növündən və həmin növlər üzrə 353 yerdən ibarətdir.

2023-cü ilin mart ayının 1-dək kvotada nəzərdə tutulmuş, 80 tikinti sektorundan 1-i, 80 emal sənayesindən 6-sı, 58 istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahəsindən 4-ü, 55 topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin  təmiri sahəsindən 2-si, 35 digər sahələrdə xidmətlərin göstərilməsi sahəsindən isə 1-i istifadə edilmişdir.

2023-cü il üçün nəzərdə tutulmuş əmək miqrasiyası kvotasına əsasən

2023-cü ilin mart ayının 1-dək Naxçıvan  Muxtar Respublikası ərazisində

iqtisadi fəaliyyət növləri üzrə sərf olunmuş yerlər barədə 

MƏLUMAT

     

 

İqtisadi fəaliyyət növləri

Kvota

Kvota üzrə sərf olunmuş  yerlərin  sayı

Kvota üzrə sərf olunmamış  yerlərin sayı

 
 

1

Mədənçıxarma sənayesi

5

-

5

 

2

Tikinti sektoru

80

1

79

 

3

Emal sənayesi

80

6

74

 

4

Elektrik enerjisi və təchizat

5

-

5

 

5

Topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin  təmiri

55

2

53

 

6

Nəqliyyat və anbar təsərrüfatı

5

-

5

 

7

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

5

-

5

 

8

Maliyyə və sığorta fəaliyyəti

5

-

5

 

9

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

58

4

54

 

10

Təhsil

5

-

5

 

11

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

15

-

15

 

12

Digər sahələrdə xidmətlərin göstərilməsi

35

1

34

 

Cəmi:

353

14

339