"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev - 100
Ulu Öndər

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 202 Miqrasiya Məlumat Mərkəzi 2015-ci ildən etibarən fəaliyyət göstərir.

Məlumat Mərkəzinin fəaliyyəti sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, təklif və şikayətlərin qəbulu, aidiyyəti üzrə yönəldilməsindən ibarətdir.

Vətəndaşlar həftənin hər günü 24 saat ərzində Miqrasiya Məlumat Mərkəzinə şəhər telefonları və Naxtel mobil şəbəkəsi vasitəsi ilə zəng edərək ətraflı məlumat əldə edə bilərlər.

Miqrasiya Məlumat Mərkəzinin əsas vəzifələri aşağıdakılardır:

-     miqrasiya qanunvericiliyinə dair sualların cavablandırılması;

-     elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması;

-     elektron xidmətlərdən istifadə zamanı yaranmış çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsi;

-     qanunsuz miqrasiya ilə bağlı məlumatların qəbulu;

-     miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları barədə müraciətlərin qəbulu;

-     miqrasiya orqanlarına ünvanlanan təklif, ərizə və şikayətlərin, müraciətlərin, o cümlədən elektron müraciətlərin icra vəziyyəti barədə məlumatın verilməsi.